İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya Rusiya ilə bir sıra hərbi müqavilələrə xitam verib

Serbiya dünyada vəziyyət normallaşana qədər Rusiyadan silah tədarükü ilə bağlı bəzi müqavilələrə xitam verib,

Musavat.com xəbər verir ki, bunu Serbiya ordusunun baş qərargah rəisi, general Milan Moysiloviç “Novosti”yə müsahibəsində bildirib.

“Rusiya Federasiyasından silahların tədarükünə gəlincə, bu, hazırda praktiki olaraq mümkün deyil. Qlobal səviyyədə beynəlxalq münasibətlərdəki vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə bəzi müqavilələrə xitam verdik, bəzilərini isə təxirə saldıq”, - deyə Moysiloviç Serbiyanın mövcud vəziyyətdəki problemdən çıxış yolu tapmağa çalışdığını qeyd edib..

Baş qərargah rəisi əlavə edib ki, Rusiya silahları dünyanın bir çox ölkələrinin arsenalındadır və bir çox dövlətlərdə lisenziya əsasında istehsal olunur, ona görə də Serbiya ordusu öz hərbi texnikasını saxlamaq üçün yollar axtarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR