Onlayn ictimai-siyasi qəzet
"Dünən axşam xəstəxanadan evə buraxılmışam. Amma vəziyyətim elə də yaxşı deyil".
Bunu Musavat.com-a açıqlamasında ötən ilin dekabrında vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Ofeliya Sənani deyib. O bildirib ki, hazırda ailəsinin yanındadır.
“Çətinliklə danışıram, ürəyim mənə rahatlıq vermir. Həkimlər evə gəlməyimə icazə verdilər, dedilər ki, pisləşsəm, onlara yenidən müraciət edə bilərəm. Ümumilikdə yaxşı deyiləm, çox halsızam”.
Xatırladaq ki, 83 yaşlı xalq artisti bir müddət əvvəl də infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.
Şahanə Rəhimli
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ