Onlayn ictimai-siyasi qəzet
Rusiya Daxili İşlər Nazirliyi 2024-cü ilin 7 ayı ərzində ölkədən çıxarılan xarici vətəndaşların sayının əvvəlki illə müqayisədə 50 faiz artdığını aaçıqlayıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirlik tərəfindən bu müddətdə əcnəbi vətəndaşların Rusiya ərazisindən çıxarılması (inzibati qaydada çıxarılma və deportasiya) haqqında 92,8 min qərar qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 faiz çoxdur.
Polisin məlumatına görə, bu müddət ərzində qanunları pozan 65 minə yaxın əcnəbi Rusiyadan çıxarılıb ki, bu da 2023-cü ilin birinci yarısının nəticələrindən 55,2 faiz çoxdur. İlin əvvəlindən xüsusi müəssisələrdə saxlanılan və inzibati qaydada çıxarılmalı, deportasiya olunmalı və ya readmissiyaya məruz qalan əcnəbi vətəndaşların sayı 28,2 faiz artıb (4338-dən 5562-yə). 1053 nəfərin Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.
Yeddi ay ərzində polis Rusiyaya girişdən imtina ilə bağlı 143,1 min qərar qəbul edib ki, bu da 2023-cü illə müqayisədə 53,1 min nəfər çoxdur. Bundan başqa, əcnəbilərə verilən müvəqqəti yaşama icazəsi (-44,2 faiz, 27 949) və yaşamaq icazələrinin (-18,4 faiz, 135 275) sayı da kəskin azalıb.
Eyni zamanda hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə polis orqanları tərəfindən plandankənar yoxlamaların sayı 3,1 dəfə artaraq 1685-dən 5153-ə çatıb, nəticədə 2,3 dəfə çox (artım 8412-dən 19139-a) hüquqpozma faktı müəyyən edilib.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qarşı inzibati xətalar haqqında tərtib edilmiş protokolların sayı 40 faizdən çox (1 milyon 659 min 707) artıb. Miqrasiya sahəsində inzibati xətalar haqqında protokolların ümumi sayı 1 milyon 34 min 235-ə (+7,2 faiz) çatıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ