İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan Moskvada Kreml rəsmiləri ilə gizli görüş keçirdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bir neçə gün əvvəl Moskvada Kreml administrasiyasının rəhbər müavini, Ermənistan üzrə kurator sayılan Sergey Kiriyenko ilə görüşüb.

Musavat.com “Hraparak”a istinadən xəbər verir ki, görüş zamanı Ermənistanın daxili siyasi vəziyyəti və növbəti seçkilərlə bağlı məsələlər müzakirə olunub.

Köçəryan Kremldə “seçkilərdə uğur formulu”nu təqdim edib – müxalifətin birləşməsi, iqtidara qarşı geniş cəbhədə mübarizə və bu məqsədlə maliyyə vəsaitlərinin artırılması.

Qəzet yazır ki, Kiriyenko heç bir konkret vəd verməyib, əksinə, “Kreml artıq Ermənistandan əlini üzüb” mesajını çatdırıb.

Nəşr məsələ ilə bağlı “Ermənistan” blokunun deputatı Aqnesa Xamoyandan Köçəryanın Moskvada olub-olmaması və Kiriyenko ilə görüşüb-görüşməməsi barədə soruşub, lakin deputat şərh verməkdən imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR