İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya şirkətləri Rusiya qazını hansı valyuta ilə alacaq?

Yaponiyanın Nazirlər Kabineti milli şirkətlərdən Rusiya qazı üçün rublla ödəniş etməməyi xahiş edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 29-da keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

“Hazırda yapon şirkətlərinin Rusiyadan alınan təbii sıxılmış qaza görə rublla ödəniş etməsi üçün mövcud müqavilələrdə bəndlərin olması barədə məlumat yoxdur. Buna baxmayaraq, G7 ölkələri arasında əldə edilmiş razılaşmaya müvafiq olaraq biz yapon şirkətlərindən müvafiq tələbə əməl etməməyi xahiş etmək niyyətindəyik”, - deyə baş katib bildirib.

Qeyd edək ki, Yaponiya bir sıra Avropa ölkələrindən fərqli olaraq, Rusiya enerji ehtiyatlarının idxalından imtina etməyib. Son illər Yaponiyanın Rusiyadan neft ixracı ümumi ixracın 3,6 faizini, təbii sıxılmış qaz ixracı isə 8,8 faizini təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR