İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Türkiyənin İstanbul şəhərində İkbal Uzuner və Ayşenur Halil adında iki 19 yaşlı qızı vəhşicəsinə qətlə yetirən Semih Çelik atasını da öldürmək istəyibmiş.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Semih Çelikin atası A.Çelik polisə verdiyi ifadəsində bununla bağlı danışıb.

"Qızları tanıyıram. Onların öldürülməsindən bir gün əvvəl işdən sonra evə yorğun gəldim. Semih məndən soruşdu ki, "Ata, səni necə öldürüm?" Bunu dəfələrlə təkrar etdi. Problemləri var idi, amma heç kim kömək edə bilmədi", - deyə ata bildirib.

Qeyd edək ki, Semih Çelikin hər iki cinayətdə 5 ədəd bıçaq dəsti istifadə etdiyi müəyyən edilib. Bir müddət qəssab işləyən Çelikin qətldən əvvəl aldığı bıçaq dəstini Edirnekapı divarlarına apardığı məlum olub.

Xatırladaq ki, 19 yaşlı Semih Çelik Eyüpsultandakı evində Ayşenur Halilin boğazını kəsib, İkbal Uzuneri Edirnekapı qala divarlarında öldürüb parçalara ayırdıqdan və başını kəsib atdıqdan sonra qaladan tullanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR