İnsanlara hürriyət, millətlərə istiqlal!

Xudatda sahibsiz itin dişlədiyi şəxslərdən XƏBƏR var

Xudatda itlərin hücumuna məruz qalan yaralılar evə buraxılıblar.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, mayın 1-də gün ərzində ayrı-ayrı vaxtlarda Xaçmaz Mərkəzi Xəstəxanasına it dişləməsi səbəbi ilə səkkiz nəfər müraciət edib:

“Onlara ilkin tibbi yardım göstərilib, profilaktik olaraq quduzluq əleyhinə vaksin vurularaq, ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, rayon sakinləri Xudat küçələrində gəzən, quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hucumuna məruz qaldıqlarını deyiblər. Yaralılar hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR