Onlayn ictimai-siyasi qəzet
Fransada Marin Le Pen və onun Milli Ralli partiyasının bəzi üzvlərinin məhkəməsi başlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Le Pen, atası və digər 23 partiya üzvü “dövlət vəsaitlərindən sui-istifadədə” ittiham olunurlar.
İş materiallarına görə, 2004-2016-cı illər arasında onlar Aİ-nin pullarından yalnız özlərinə yaxın deputat köməkçilərinə maaş vermək üçün istifadə ediblər. Ümumi ziyan 6,8 milyon avro təşkil edib.
Le Pen təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası, cərimə və növbəti 5-10 il müddətinə seçilmək qadağası gündəmdədir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ