İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə atəşkəs pozulub

Qarabağın Xocavənd rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Musavat.com bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin 16 mart tarixli məlumat bülletenində məlumat verilib. “Ölən və yaralanan yoxdur”-məlumatda deyilir.

Bildirilir ki, faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan (?-M.) tərəfləri ilə birgə araşdırma aparır.
Bildirilir ki, “Martakert, Martuni rayonlarında və Laçın dəhlizində”üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.

Həmçinin bildirilir ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR