Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda oğlu məktəbə qız paltarında gələn şagirdin atası valideynlik hüququnu itirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva məlumat yayıb.
Şagird dəfələrlə hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. Sentyabrın 1-də o, qız paltarı geyinərək bayram məclisinə gəlib və adını Daşa çağrılmasını istəyib.
Vəziyyət rayon rəhbərliyinin də diqqətini çəkib və qurum gəncin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hökumət nümayəndələri hesab ediblər ki, şagirdin belə hərəkətlər etməsi zəif tərbiyə ilə bağlıdır.
Proses zamanı məlum olub ki, şagird babası, nənəsi və ulu nənəsi ilə yaşayır. Ana öz vəzifələrini orta səviyyədə yerinə yetirib, ata isə rəsmi olaraq bundan imtina edib.
Görüş zamanı şagird bu dəfə Yuliya adlandırılmasını xahiş edib. Nənələr və baba bu davranışın səbəbinin gəncin keçid yaşı dövründə olması ilə izah ediblər və şagirdi “yaxşı oğlan” adlandırıblar.
Əvvəlcə hər iki valideynin hüquqlarından məhrum ediləcəyi güman edilsə də, son nəticədə yalnız ata hüquqlarını itirib. Oğlanın anası deyib ki, o, artıq mənzil kirayələyib və yalnız oğlu ilə yaşayacaq. Məhkəmə ana və oğlunun münasibətlərini və həyatlarını yaxşılaşdırmasına icazə verib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ