İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalası Nüşabə Musayevanı yenə məhkməyə verdi

Bir müddət əvvəl barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə bağlı kassasiya şikayəti verilib.

Müğənninin xalası Canıyeva Şahsənəm Ağaddin qızı Səbail Rayon Məhkəməsinin Musayeva Nüşabə Sabir qızı barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və bacısı qızının cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, müğənni Nüşabə Musayeva bir müddət əvvəl "Bizimləsən" verilişində atasının anasına xalası ilə xəyanət etdiyini demişdi.

Ş.Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. O, Nüşabə Musayeva barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.

Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.

Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.

Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.

Onu da qeyd edək ki, xalasının müğənni Nüşabə Musayevanın ittiham olunmasını tələb etdiyi Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, bu əməli törədən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır./unikal

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR