İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Harrislə bağlı ŞOK SÖZLƏR 

“Hazırda Ağ Evdə oturan Co Baydeni Demokratlar Partiyasının prezidentliyə namizədi kimi vitse-prezident Kamala Harrislə əvəzləmək əslində bir çevrilişdir”.

Musavat.com xəbər verir ki, bu sözlər ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp tərəfindən Polşanın “TV Republika” telekanalına müsahibəsində səslənib.

“Kamala Harris dəhşətli namizəddir. O, namizəd olmamalıdır, çünki Co Bayden praymerizdə qalib gəlmişdi. Üstəlik, 14 milyon səs də toplamışdı. Harris isə bir səs də almadı. Uşağın əlindən şirniyyatı alan kimi Baydeni namizədlikdən məhrum etdilər”, - deyə Tramp bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR