İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə sazişlərə xitam verilsə... - İLGİNC DETALLAR

“Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır:

“Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Cənab Prezidentin bir kəlamını xatırladım: “Heç kim bizə heç nə diktə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, ABŞ konqresmenləri dəfələrlə Azərbaycana qarş qərəzli çıxışlar edib, bəyanatlar səsləndiriblər:

“Bir çox halda Azərbaycana qarşı əsassız ittihamlar erməni lobbisinin təsiri altında olan konqresmenlər tərəfindən səslənir. ABŞ, bəzi Qərb ölkələrinin Cənubi Qafqazla bağlı siyasəti milli maraqlarımıza ziddir. Azərbaycanın müstəqil siyasət yürütməsi, təzyiqlərə əhəmiyyət verməyərək haqlı mövqeyini qoruması təbii ki, böyük gücləri narahat edir. Əgər konqresmenlər hər hansı sanksiyalar yolu ilə Azərbaycanı bu mövqeyindən döndərməyə müvəffəq olacağını düşünürlərsə, yanılırlar. Azərbaycan regionun güclü dövləti kimi yaratdığı yeni reallıqları sona qədər müdafiə edəcək. Nəzərə almaq lazımdır ki, yüksək tribunalardan səslənən istənilən əsassız iddia dövlətlərarası münasibətlərə xələl gətirə bilər”.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan bütün addımlarını beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq atır:

“İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə buna daim sadiq qalıb. Azərbaycan dövlətinin və xalqının uzun illər ərzində pozulmuş hüquqlarını bərpa etmək üçün haqlı mübarizəsini davam etdirdiyi bir zamanda belə ittihamlarla üzləşmək təbii ki, birmənalı qarşılanmır. Hesab edirəm ki, COP29 ərəfəsində ölkəmizə qarşı təzyiqlər birmənalı olaraq erməni lobbisinin təsiri altında olan müəyyən dairələrlə bağlıdır. Bu qüvvələr Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi imic formalaşdırmağa çalışmaqla ölkəmizin nüfuzuna xələl gətirə biləcəklərini düşünürlər, lakin bu, nəticəsiz qalacaq. Çünki Azərbaycan bütün məsələlərdə ədalətli, prinsipial mövqe tutur və mövqe dəyişilməz olaraq qalacaq”.

Çingiz Qənizadə əlavə edib ki, ABŞ ilə sazişlərə xitam verilsə, hər iki tərəfə mənfi təsir edəcək:

“Bayden administrasiyası bu qərəzli kampaniyaya son qoymalı, gərginlik aradan qalxmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR