İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektor "Yüksəliş"in finalçısına vəzifə verdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib.

Musavat.com valyuta.az-a istinadla xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Mirzəyev I və III "Yüksəliş" müsabiqəsinin finalçısıdır. O, 2021-ci ildən ADPU-da çalışır. 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsində fəaliyyət göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR