Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Rusiya arasında münasibətlər müsbət inkişaf edir, biz bunu rəsmi səfərimiz zamanı qeyd etdik.
Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Putin bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.
“İstər enerji sektorunda, istərsə də infrastrukturun inkişafı sahəsində çoxlu yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”, - deyə Rusiya lideri əlavə edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ