İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Baxçalıdan İLGİNC AÇIQLAMA: “İsrailin əsl hədəfi Türkiyədir”

“İsrailin əsl açıqlanmayan hədəfi bölgədəki digər ölkələr deyil, Türkiyədir”.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

MHP sədri fikirlərini belə izah edib:

“Bu gün Beyrutdan yox, Ankaradan danışırıq. Bu gün İsrailin məqsədi Dəməşq, Tehran, Səna və ya Bağdad deyil, İstanbuldur. İsrailin gizli gündəmi türk vətənidir. Raketlərin növbəti mərhələsi və son hədəfi Şərqi Anadoludur”.

MHP lideri tarixi xatırladıb:

“1920-ci ildə Sevr müqaviləsindən sonra Osmanlı İmperiyasının ərazisinin əhəmiyyətli bir hissəsi müttəfiq ölkələr arasında bölündü. “Sevr prosesinin təkrarlanacağı” istisna deyil. Qəzza zolağına 85 min ton bomba atıldı. 100 minə yaxın fələstinli yaralandı. Bir milyon fələstinli evlərini tərk etmək məcburiyyətində qaldı. Böyük İsrail yaratmaq məqsədi ilə Yaxın Şərq parça-parça edildi. Fələstin və Qüdsdə 400 ildir nəzarətimiz altında bir dənə də olsun artilleriya mərmisi atılmayıb, bu gün onlar qan içindədir”, - deyə Baxçalı qeyd edib.

O, regionun “etnik və dini baxımdan parçalanacağını, sionizmin forpostlarına çevriləcək terrorçu və mini dövlətlərin yaradılacağını” istisna etməyib.

“Beynəlxalq hüquq İsrail tərəfindən pozulub, bəşəriyyətin irsi və dəyərləri məhv olmaq ərəfəsindədir. İsraili, bu öldürücü maşını dayandırmaq üçün təcili güc tətbiq etmək lazımdır və bu baxımdan BMT tələb olunanı etməli, İsraili cəzalandırmalıdır”, - deyə siyasətçi bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR