İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə yaşayan türklər üçün səsvermə bu gün başladı

Bu gün Türkiyə sərhədlərindən kənarda yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkilərinin səsvermə prosesi başlayır.

Musavat.com xəbər verir ki, xaricdə yaşayan təxminən 3 milyon 500 min seçici Türkiyə vətəndaşı üçün gömrük qapılarında və xarici nümayəndəliklərdə səsvermə prosedurları həyata keçirilir.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 9-dək, gömrükdə isə mayın 14-ü saat 17.00-dək davam edəcək. Xaricdəki seçicilər 46 gömrük qapısında səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə ümumi olaraq səsvermə mayın 14-də keçiriləcək. Bu seçkidə 5 il fəaliyyət göstərəcək prezident və parlamentin yeni üzvləri müəyyənləşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR