İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova Qənirə Paşayevadan DANIŞDI: "O, örnək yaratmışdı"

Xəbər verdiyimiz kimi, mərhum millət vəkili Qənirə Paşayevanın vəfatından bir il ötür. Qənirə Paşayevanı yad etmək üçün Bakıda, Heydər məscidində il mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, mərasimdə millət vəkilləri, incəsənət xadimləri iştirak edir.

Millət vəkili Bahar Muradova Qənirə Paşayeva haqqında düşüncələrini Musavat.com-la bölüşüb:

"Qənirə xanımı onun öz sözləri ilə xatırlayacam - Adam kimi adam! Hər kəs onu tanıdığı kimi dəyərləndirir, kimi özünə yaxın, özünə doğma bildiyin cəhətinə görə, kimi də diqqətinə, qayğısına görə. İnsan özünü hər kəsdən daha yaxşı tanıyır. Biz Tanrı qarşısında bərabər doğuluruq. Amma həyat bizi cilalayır, mühitdən, tərbiyədən, istedadımızdan, həyata baxışımızdan asılı olaraq fərqli insanlara çevrilirik. Hərəmizin həyat haqqında fəlsəfəsi var. Amma elə insanlar var ki, həyatın bütün tərəflərini əhatə etməyə çalışırlar. Qənirə xanımın fəaliyyəti təkcə özünüifadə ilə bağlı deyildi. O, həm də adamlar içərisində adam olmağın örnəyini yaratmışdı. Bunu məqsədli şəkildə etmirdi. Sadəcə lazım bildiyi işləri görürdü, fikirləri söyləyirdi, addımları atırdı. Bütün bunlar zamanla toplandı, Qənirə xanımın mənəvi, siyasi kapitalını yaratdı. Qənirə xanımın missisiyasının çoxsaylı çalarları vardı, onu saysız-hesabsız cəhətdən səviyyələndirmək olar, haqqında birmənalı danışmaq mümkün deyil. Allah rəhmət eləsin!"

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR