Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.
***
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində istehsalat müəssisəsi yanır.
Musavat.com xəbər verir əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.
Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ