İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

27 və 28 sentyabrda Qırğızıstan Respublikasının Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda ölkəmizin mövcud turizm potensialı Azərbaycan milli stendində təbliğ edilib.

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən "Böyük İpək Yolunda Turizm" adlı plenar sessiyada ölkə turizmi haqqında təqdimat həyata keçirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR