Onlayn ictimai-siyasi qəzet
Sosial mediada Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə bağlı yeni iddialar yayılıb.
Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına məxsus “Əl-Ərəbiyə” kanalına müsahibəsində din xadimi Hizbullah liderinə müraciət edərək İranın onu satdığını deyir.
Videoda Nəsrullaha xitabən “bu təhdid deyil, vəsiyyətini yaz, İran səni və təşkilatını satdı. Sənin başının qarşılığında İranın hansı razılaşma əldə etdiyini bilsən, hər şey tərsinə çevrilər. Sənə Qüdsü göstərənlər səni satdı. Çox tezliklə baş verənləri gözləyərik, görəcəyik...”
Qeyd edək ki, Məhəmməd Əli əl-Hüseyni Livanın 7 nüfuzlu şiə ailələrindən birinin nümayəndəsidir, din xadimidir. Ancaq daha çox Hizbullah əleyhdarı kimi tanınır, İran əleyhinə sərt çıxışları ilə fəqrlənir. Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malikdir, vəliəhd-şahzadə Məhəmməd bin Salmanla dostdur.
Lakin onun nüfuzlu ərəb kanalında sentyabrın 25-də yayılan bu açıqlaması sosial mediada sürətlə yayılır. Başqa sözlə Livanda ötən gün baş verənlərdə İranın rolu ilə bağlantı axtarılmağa başlayıb. Lakin istənilən halda uzun illərdir gizlənən Hizbullah liderinin öldürülməsi ciddi casusluq və xəyanət nəticəsində baş verdiyi aydındır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ