Onlayn ictimai-siyasi qəzet
Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb.
Oğlunu da özü ilə birgə “Həmin Zaur” proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:
“Bartu dünən efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?”
Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:
“Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq”.
Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir. (Yenisabah.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ