Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 31-də Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Şahin Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam edir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ