İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan - Zelenski görüşü keçirilib

 

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş baş tutub.

Musavat.com xəbər verir ki, prezident kompleksində keçirilən və mətbuata qapalı olan ikitərəfli görüş və nümayəndə heyətlərinin iştirakı ilə təşkil olunan işgüzar nahar ümumilikdə 2 saat 45 dəqiqə davam edib.

Görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gözlənilən görüş artıq başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-ləri yayıb.

İstanbulda baş tutan bu görüşdə sülh danışıqları, regional təhlükəsizlik və Rusiya ilə mümkün atəşkəs yolları müzakirə olunacaq. Analitiklər görüşü Ukrayna-Rusiya münaqişəsində diplomatik dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR