Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ifadələr işlədib. O, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarında iştirakına dair tələblərini tənqid edib.
Musavat.com xəbər verir ki, Lavrov Zelenskini “aciz insan” adlandırıb və onun çıxışlarının ciddiyə alınmamalı olduğunu bildirib.
Bununla yanaşı, Rusiya XİN rəhbəri Qərbin atəşkəs çağırışlarının səmimi olmadığını, bu təşəbbüslərin əslində Kiyev rejimini növbəti hərbi mərhələyə hazırlamaq məqsədi daşıdığını iddia edib.
“Qərb açıq şəkildə göstərir ki, atəşkəs onlar üçün yalnız Ukraynanın silahlanıb döyüşləri davam etdirməsi üçündür”, – deyə Lavrov vurğulayıb.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ