İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəmi və təyyarə “qatili" - Ukrayna yeni dronları nümayiş etdirir

Ukrayna hərbi kəşfiyyatı həm dəniz, həm də hava hədəflərinə qarşı istifadə edilən “Maqura” pilotsuz təyyarələrinin yenilənmiş versiyasını nümayiş etdirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onların istifadə olunduğu iki il ərzində 17 obyekt vurulub, hədəflərdən 15-i tamamilə məhv edilib.

Ukrayna tərəfinin məlumatına görə, hədəflər arasında Mi-8 helikopterləri və Rusiyanın Qara dəniz donanmasının bir neçə iri gəmisi, o cümlədən “Sergey Kotov”, “İvanovets” və “Sezar Kunikov” kreyserləri var. Kəşfiyyat iddia edir ki, bu dronlar bu yaxınlarda Rusiyanın iki Su-30 qırıcısını vurub.

Qeyd olunur ki, bu pilotsuz təyyarələr sayəsində Ukrayna Qara dənizdəki mövqelərini möhkəmləndirib. Onların Rusiya tərəfinə vurduğu ümumi ziyan təxminən yarım milyard dollar qiymətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR