İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov yaya belə hazırlaşır - VİDEO

Tanınmış müğənni və iş adamı Emin Ağalarov yay mövsümünə özünəməxsus şəkildə start verib.

Musavat.com xəbər verir ki, Emin Ağalarov sosial şəbəkələrdə yayımladığı yeni görüntülərlə diqqət çəkib.

İfaçı izləyiciləri ilə yay mövsümünə hazırlığını bölüşərək, həm vizual görüntü, həm də musiqi seçimi ilə bəyənmə toplayıb.

Videoda Eminin dənizkənarı bir məkanda, tropik atmosferdə musiqi sədaları altında istirahət etdiyi əks olunur. Paylaşımda səslənən mahnı isə izləyicilər arasında nostalji hisslər yaradıb.

Müğənninin paylaşımı az müddət ərzində sosial şəbəkələrdə geniş marağa səbəb olub. İzləyicilər həm görüntüləri, həm də musiqi seçimini yüksək qiymətləndirərək, "yay artıq başladı", "bu ritmlə istirahət daha gözəldir" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Emin Ağalarov təkcə musiqi sahəsində deyil, həm də biznes və ictimai fəaliyyətlərdə aktivliyi ilə tanınır. O, yay aylarında tez-tez konsert proqramları və xeyriyyə tədbirləri ilə də çıxış edir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR