Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı ilə bağlı səs-küylü bəyanatla çıxış edib. O, bölgəni "azadlıq zonası"na çevirmək təklifi ilə çıxış edib və ABŞ-ın bu prosesə rəhbərlik etməsini vacib sayıb.
Musavat.com xəbər verir ki, Tramp bu fikri Qətərin paytaxtı Dohada ABŞ və Qətər işgüzar dairələrinin nümayəndələri ilə görüşündə səsləndirib.
“Qəzza üçün çox yaxşı hesab etdiyim bir konsepsiyam var – onu azadlıq zonasına çevirmək, ABŞ-ın müdaxiləsinə imkan yaratmaq və bölgədə yeni həyat qurmaq”, – deyə Tramp bildirib.
O, planın əsas məqsədinin yerli əhalinin təhlükəsiz və sabit şəraitdə yaşamasını təmin etmək olduğunu vurğulayıb. Tramp əlavə edib ki, insanlar evlərlə təmin edilməli və təhlükəsiz mühit yaradılmalıdır.
Bununla yanaşı, Tramp HƏMAS problemi ilə də ciddi şəkildə məşğul olmaq lazım gəldiyini bildirib.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ