İnsanlara hürriyət, millətlərə istiqlal!

Aytacdan sonra Kürdən daha iki nəfərin meyiti tapıldı

Tiflisdə ötən gecə Kür çayına düşən avtomobil və iki nəfərin meyiti axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Hadisə mayın 14-ü sübh çağı baş verib. Şahidlərin sözlərinə görə, avtomobildə olan dörd nəfərdən ikisi çaya düşmədən əvvəl nəqliyyat vasitəsindən çıxmağa müvəffəq olub. Onlardan biri hadisədən dərhal sonra sudan sağ çıxarılıb. Digər şəxsin axtarışları isə davam edir.

Avtomobil suyun səviyyəsi süni şəkildə azaldıldıqdan sonra tapılıb.

İlkin istintaq məlumatlarına görə, avtomobil arxadan vurulma nəticəsində suya düşüb. Polis hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı şəxsi saxlayıb.

Axtarış zamanı xilasedicilər həmçinin aprelin 1-də Tiflisin mərkəzindəki Sülh Körpüsü ərazisində itkin düşən 21 yaşlı Aytac Məmmədovanın meyitini də tapıblar. Qızın şəxsiyyətini ailə üzvləri təsdiqləyib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR