İnsanlara hürriyət, millətlərə istiqlal!

İran urandan imtina edə bilər – bir şərtlə...


Tehran İrana qarşı iqtisadi sanksiyaların götürüləcəyi təqdirdə nüvə proqramı ilə bağlı güzəştlərə getməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bunu Sky News telekanalına müsahibəsində ölkənin ali dini lideri ayətullah Əli Xamneyinin siyasi, hərbi və nüvə təhlükəsizliyi məsələləri üzrə müşaviri Əli Şamxani deyib.

Şamxani deyib ki, İran yüksək zənginləşdirilmiş uran ehtiyatından imtina edə, gələcək zənginləşdirməni silah istehsalı üçün lazım olmayan aşağı səviyyələrlə məhdudlaşdıra və nüvə silahı istehsal etməməyi öhdəsinə götürə bilər. Ölkə həmçinin beynəlxalq müfəttişlərə nüvə obyektlərində proseslərə nəzarət etməyə icazə verməyə hazırdır. Bu şərtlər yerinə yetirildiyi təqdirdə İranın müqaviləni imzalayıb-imzalamayacağı ilə bağlı birbaşa suala o, müsbət cavab verib.

Qətərə səfər edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton uzunmüddətli sülhə nail olmaq üçün İranla “çox ciddi danışıqlar aparır” və Tehran artıq təklif olunan şərtlərlə razılaşıb.

Bundan əlavə, “The New York Times” daha əvvəl yazıb ki, İran ərəb ölkələri və ABŞ investorlarının iştirakı ilə uranın zənginləşdirilməsi üzrə beynəlxalq konsorsium yaradılmasını təklif edib. Təşəbbüs çərçivəsində İran aşağı zənginləşdirilmiş uran istehsal edəcək və onu mülki məqsədlər üçün xarici ölkələrə satacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR