İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Koronavirus geri qayıtdı - Yoluxma rekord HƏDDƏ ÇATDI

Asiyada COVID-19 yoluxma hallarının yeni dalğası qeydə alınıb. Xüsusilə Honqkonqda və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, artıq bir neçə aydır ki, regionda yoluxma hallarında artım müşahidə edilir. Bu da vaxtaşırı yeni yoluxma dalğalarının yaranmasına səbəb olur.

Honqkonq və Sinqapur rəsmiləri əhalini yenidən vaksinasiya olunmağa çağırır, risk qrupunda olan şəxslərə isə təkrar peyvəndin vacibliyini xatırladır.

Mayın 13-də Honqkonq Səhiyyə Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Ou Tsyaczun RTHK telekanalına açıqlamasında infeksiya ilə bağlı yüksək səviyyəli yoluxma hallarının olduğunu bildirib. O qeyd edib ki, ötən həftə Honqkonqda 2024-cü ilin aprel ayından bəri ən yüksək yoluxma göstəriciləri qeydə alınıb. Həkimə müraciətlərin və hospitalizasiya hallarının artmaqda davam etdiyini, kanalizasiya sularında virusun miqdarının da yüksəldiyini vurğulayıb.

"Bloomberg" yazır ki, regionun əsas maliyyə mərkəzlərindən biri olan Sinqapur yeni COVID-19 dalğasına qarşı hazır vəziyyətdədir. Ölkənin Səhiyyə Nazirliyi may ayında son bir il ərzində ilk dəfə olaraq COVID-19-la bağlı yenilənmiş statistika dərc edib. Məlumatda 27 aprel–3 may tarixləri arasında əvvəlki həftəyə nisbətən yoluxma hallarının 28%, hospitalizasiya hallarının isə 30% artdığı qeyd olunur. Hakimiyyət vətəndaşlara ehtiyat tədbirləri görməyi, xüsusilə insanların sıx toplaşdığı yerlərdə tibbi maska taxmağı tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR