İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən kasıb, ən əzabkeş prezidenti – o, 12 il təkadamlıq kamerada saxlanılıb

Bu günlərdə xəstəlikdən vəfat edən Muxika yaşadıqlarına baxmayaraq, siyasi isteblişmentin bütün imtiyazlarından imtina edərək dünya tarixinə düşən ən kasıb keçmiş prezidentdir. Latın Amerikasının bir çox siyasətçiləri diktator və ya inqilabçı kimi dünya miqyasında şöhrət qazanıblar. 89 yaşında dünyasını dəyişən uruqvaylı siyasətçi isə bir neçə ömür sürəcək qədər təcrübə qazanıb. O, üsyançı olaraq bankları və silah anbarlarını qarət edib, illərini həbsdə keçirib, az qala dəli olub, çiçək yetişdirib və 50 ildən sonra güclü siyasi karyera qurub.

1985-ci ildə Uruqvay 12 illik hərbi diktaturaya son qoyub. Həmin dövründə üç milyon əhalisi olan ölkə adambaşına düşən siyasi məhbusların sayına görə dünya lideri olub. Hüquq müdafiəçilərinin məlumatına görə, 1973-cü ildən 1985-ci ilə qədər 6 minə yaxın uruqvaylı siyasi baxışlarına görə həbs edilib, onların əksəriyyəti işgəncələrə məruz qalıb, 197 nəfər itkin düşənlər siyahısındadır.

7cc6dc20-c6f9-4528-b822-854d4a40d6a5.jpeg (197 KB)

Onların əksəriyyətinin qalıqları bu günə qədər tapılmayıb. Repressiyalar səbəbindən ölkə əhalisinin, demək olar ki, 10%-i məcburi mühacirətə gedib. 1985-ci ilin martında Uruqvayın demokratik yolla seçilmiş prezidenti Xulio Maria Sanqvinetti ümumi amnistiya elan edib. Keçmiş siyasi məhbusları qəhrəman kimi qarsalayıblar.

Əfv olunanlar avtobuslara mindirilib, həbsxana ərazisindən aparılıb və sərbəst buraxılıb. Siyasi məhbuslar qrupu arasında “Milli azadlıq hərəkatı – Tupamaros” adlı gizli sol qruplaşmanın liderlərindən biri, daha çox Pepe Muxika kimi tanınan 49 yaşlı Xose olub. Hakimiyyətə qarşı çıxan üsyançı 13 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Onlardan 12-si möcüzəvi şəkildə dəli olmadığı yeraltı kameralarda pəncərəsiz otaqda olub.

Xose Muxika 1935-ci ildə Montevideo yaxınlığında anadan olub. Pepenin hələ altı yaşı olanda əkinçi atası müflis olub və dünyasını dəyişib. Anasına kömək etmək üçün oğlan məktəbdə oxuyarkən işləyib, satış üçün çiçək yetişdirməyə kömək edib.

6b6f8d15-c27e-48e2-9700-a8fbfe6fe879.jpeg (48 KB)

Muxika siyasətlə erkən maraqlanıb. Onun gənclik illəri Milli Partiya ilə Kolorado Partiyasının hakimiyyətdə növbələşdiyi ənənəvi Uruqvay siyasi modelinin dayanmağa başladığı və iqtisadiyyatın uzun sürən böhran dövrünə qədəm qoyduğu illərə təsadüf edib. Xarici borc, inflyasiya, sosial bərabərsizlik və yoxsulluq artıb. İstənilən tətil və etiraz aksiyaları polis və hərbçilər tərəfindən vəhşicəsinə yatırılıb.

Məyus olmuş uruqvaylı gənclər radikallaşmağa və gizli fəaliyyətə başlayıblar. Kuba inqilabının nümunəsindən ilhamlanan bu proses bütün Latın Amerikasını bürüyüb. Onun iştirakçıları sosial ədaləti silahlı yolla bərqərar etmək istəyiblər. 1963-cü ildə Uruqvayda “Milli azadlıq hərəkatı – Tupamaros” yaranıb və Xose Muxika ona qoşulub. “Tupamaros” fəalları bankları, kazinoları və silah anbarlarını qarət ediblər, mübarizə üçün silah almaq məqsədilə ərzaq malları olan yük maşını oğurlayıblar. Oğurluqlardan sonra fəallar xərac üçün siyasətçiləri və iş adamlarını qaçırmağa başlayıblar. 1971-ci ildə üsyançılar Uruqvay polisinə işgəncələrlə bağlı məsləhətlər verən MKİ zabiti və Latın Amerikasında FTB agenti olan Dan Mitrioneni qaçıraraq öldürüblər.

5bca61b8-6a57-4f97-8540-0e0d5748ad2f.jpeg (127 KB)

Pepe Muxika dörd dəfə həbs edilib. 1971-ci ilin sentyabrında o, tarixdə ən böyük məhbus qaçışlarından birində iştirak edib. Montevideoda həbsxanadan eyni vaxtda 106 nəfər yeraltı tunel vasitəsilə qaçıb. Əməliyyat 27 yaşlı “Tupamaros” üzvü Lusiya Topolanskinin köməyi ilə hazırlanıb. Bir neçə ay sonra, sənədlər üçün yanına gələndə Muxika ilə şəxsən tanış olub. “Mən sənədləri saxtalaşdırmaqda çox yaxşı idim. Biz ölkədə istifadə etdiyimiz hər şeyi saxtalaşdırdıq: daxili şəxsiyyət vəsiqələri, pasportlar, sürücülük vəsiqələri, hətta idman klublarına üzvlük vəsiqələri”, - Topolanski illər sonra verdiyi müsahibədə deyib. Topolanski və Muxika bir-birini sevirlər və görüşməyə başlayıblar. Romantika 1972-ci ildə onun hər iki iştirakçısının həbsi ilə sona çatıb. Aşiqlər sonrakı 13 ili ayrı keçiriblər. Həbsxanada onların hər ikisi elektrik cərəyanı ilə işgəncələrə və sistematik döyülmələrə dözüblər.

Muxika ağır yaralandığı atışmadan sonra tutulub. Döyüşçünün dalağı çıxarılıb, ağciyərinin yarısı isə atrofiyaya uğrayıb. “Tupamaros” təşkilatı məhv edilib. Uruqvay kəşfiyyatına görə, 1972-ci ilə qədər partizanların sayı təxminən 15 min nəfər olub. 1973-cü il hərbi çevrilişindən sonra 10-12 min arasında partizan öldürülüb və ya ölkədən qaçıb, qalanları həbs edilib.

2b43344d-dfdc-45be-bb70-78f76a09ad60.jpeg (296 KB)

1980-ci ildə hərbi xunta referendum yolu ilə öz hakimiyyətini qanuniləşdirməyə və konstitusiyaya düzəliş etməyə çalışıb və məğlub olub. Uruqvaylıların 57%-i referendumun əleyhinə səs verib. Hərbçilər artan ictimai narazılıq, Uruqvay pesosunun dəyərdən düşməsi, işsizlik və inflyasiyanın artması fonunda seçkilərin keçirilməsinə icazə verib. 1985-ci ildə prezident seçilən Sanqvinetti nəinki siyasi məhbuslara amnistiya elan edib, həm də diktatura dövründə törədilmiş cinayətlərə görə hərbi qulluqçuların mühakimə olunmasını qadağan edən qanun imzalayıb. O vaxtdan bəri Uruqvay iki dəfə referendum yolu ilə bu qanunu ləğv etməyə cəhd edib və hər iki dəfə uğursuz olub.

1985-ci ildə Xose Muxika və Lusiya Topolanski yenidən görüşüblər və bir daha ayrılmayıblar. Onlar rəsmi olaraq yalnız 2005-ci ildə evləniblər. O, dəfələrlə deyib ki, o, həyatda yalnız bir şeyə peşmandır: dəmir barmaqlıqlar arxasında keçirdiyi 13 il onlara valideyn olmağa imkan verməyib.

66eed4fc-8b29-43eb-8686-1f194f2557c9.jpeg (144 KB)

1989-cu ildə keçmiş məhbus əvvəlcə Montevideodan deputat seçilib, daha sonra senator olub və heyvandarlıq, kənd təsərrüfatı və balıqçılıq naziri vəzifəsini tutub. 2009-cu ildə isə 74 yaşında prezident seçkilərində qalib gəlib. Onun prezident kimi 5 illik fəaliyyətinin əsas uğurları yoxsulluğun azaldılması (18,5-dən 9,7%-ə), ölkə tarixində ən aşağı işsizliyin (6,3%), abortların leqallaşdırılması, eynicinsli nikahlar və marixuananın həm tibbi, həm də istirahət məqsədilə becərilməsi, satışı və istifadəsi olub.

Muxika “Birgə” sosial planının yaradılması təşəbbüsü ilə çıxış edib və əmək haqqının 85%-ə qədərini onun həyata keçirilməsinə bağışlayıb: bu plan sayəsində 15 min ailə üçün mənzil tikilib. Dövlət başçısı olmaqdan imtina etdikdən sonra o, senator seçilib. 2020-ci ildə 85 yaşlı uruqvaylı siyasətdən getdiyini açıqlayıb. O, həyat yoldaşı ilə Montevideo yaxınlığındakı təvazökar evində yaşamağa davam edib və nə qədər ki, gücü imkan verirsə, o, çiçəklər də daxil olmaqla, evin qayğısına qalıb.

Uruqvayın keçmiş prezidenti ölümündən sonra bütün əmlakını xeyriyyəçiliyə bağışlayıb. Müsahibələrinin birində o, cəsədinin yandırılmasını və külünün evinin yaxınlığında, 2018-ci ildə Pepe Muxikanın prezidentliyi dövründə onu müşayiət edən sevimli üçayaqlı iti Manuelanı dəfn etdiyi yerdə basdırılmasını istədiyini söyləyib.

Muxikanın memuarında yer alan bu kimi cümlələr onun həyatının qısa rezümesidir:

“Həyatımı dünyanı dəyişməyə həsr etdim, heç nəyə nail olmadım, amma məşğul idim”;

“Bankları qarət etdiyimə görə özümü günahkar hiss etmirəm”;

“45 kalibrli tapança ilə banka girmək gözəldir. Hamı dərhal sizə hörmət edir”;

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR