İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: “İnsan alveri cinayətlərinin sayında son illər artım qeydə alınıb”

Deputat Vüqar Bayramov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsinin müzakirəsi zamanı çıxışında bir sıra məsələlərə toxundu.

Onun sözlərinə görə, sənəddə də qeyd olunduğu kimi, bu sahədə Milli Fəaliyyət Planının icrası əsas prioritetlərdən hesab olunur: “Bununla yanaşı, daha məqsədə uyğun olardı ki, Fəaliyyə Planında nəzərdə tutulan konkret istiqamətlər üzrə təhlil aparılaraq mövcud vəziyyət, əldə edilən uğurlar və çağrışlar təqdim olunsun. İnsan Alverinə Qarşı Mübarizədə preventiv tədbilərin həyata keçirilməsi vacib istiqamətlərdəndir. Hesabatda da qeyd olunduğu kimi, bu istiqamətdədə fəaliyyətlər gücləndirilib. Bununla yanaşı, sənəddə həyata keçirilən preventiv tədbirlərin siyahısı və onların potensial təsirləri barədə daha geniş məlumat verilməsi məqsədə uyğun olardı”.

V.Bayramov qeyd etdi ki, hesabatda təhsil müəssisələrində keçirilmiş 700-ə yaxın maarifləndirmə tədbirləri barədə məlumat verilib: “Maarifləndirmə tədbirləri olduqca təqdirə layiqdir. Bununla yanaşı, daha məqsədə uyğun olardı ki, burada maarifləndirmə keçirilən müssəsisələrə təhsil pillərinə uyğun olaraq təsnifləşdirilərək təqdim olunsun.

İnsan alveri cinayətlərinin növləri son il üzrə qeyd olunur. Daha məqsədə uyğun olardı ki, bu strukturun son illər üzrə necə dəyişməsinin təhlili aparılsın. Hesabatdan aydın olur ki, insan alveri cinayətlərinin sayında son illər artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu rəqəm 183 idisə, daha sonra artan tendensiya ilə 2021-ci ildə 202-dək yüksəlib. Bununla belə, insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayında azalma qeydə alınıb. 2018-ci ildə bu rəqəm 34 idisə, 2021-ci ildə 13-dək azalıb”. Sonda deputat sual etdi: “Cinayətlərin illik sayının artması kontekstində məsuliyyətə cəlb edilmiş şəxslərin sayının azalması nə ilə bağlıdır? Son 3 ildə insan alveri qurbanlarının sayı 91-dən 95-dək yüksəlib. Maarifləndirici və preventive tədbirlərin bu saya təsirləri ayrıca olaraq qiymətləndirilib?”

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR