İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Zelenski: Ruslar ələ keçirdikləri şəhər merlərinin bəzilərini artıq öldürüblər

“Rusiyanın işğal etdiyi şəhərlərimizin bəzi seçilmiş merləri sonradan ölü olaraq tapılıb”.

Musavat.com xarici agenltiklərə istinaədn xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Economist” qəzetinə müsahibəsində danışıb.

“Onlar bizim şəhərlərin merlərini oğurlayırlar. Onların bir neçəsi artıq öldürülüb. Bir neçəsini hələ də tapa bilmirik. Bəzilərinin cəsədlərini tapmışıq”, -deyə o, bildirib.

Prezidentin sözlərinə görə, Rusiya işğal altındakı ərazilərdə 2014-cü ildə Donbasda həyata keçirdiyi eyni siyasəti davam etdirir.

Qeyd edək ki, Ukrayna baş nazirinin müavini İrina Vereşşukun sözlərinə görə, ruslar artıq 14 şəhərin rəhbərini əsir götürüblər.

Bundan başqa, Mariupolda 2 mindən çox ukraynalı uşaq zorla Rusiya ərazisinə aparılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR