İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff bütün görüşlər barədə birbaşa ona məlumat verir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya prezidenti Vladimir Putin və digər dünya liderləri ilə apardığı danışıqlar barədə birbaşa Donald Trampın özünə məruzə edir.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb.

Məlumata görə, Vitkoff, bir qayda olaraq, Putinlə görüşlərindən dərhal sonra Trampa zəng edir. Eyni zamanda, onun Amerika prezidenti ilə söhbətlərinin məzmunu ABŞ administrasiyasının digər üzvlərinə nadir hallarda çatır.

Ağ Evin mətbuat katibi Karolin Levitt WSJ-yə bildirib ki, Vitkoffdan “Tramp və onun milli təhlükəsizlik komandasına qısa məlumat verməkdən başqa heç nə gözlənilmir".

Avqustun 19-da Fox News-a müsahibəsində Vitkoff deyib ki, ümumilikdə Putin və onun yaxın çevrəsi ilə görüşlərə təxminən 24-25 saat vaxt sərf edib. ABŞ liderinin xüsusi nümayəndəsi dəfələrlə Rusiyaya uçub və orada onu Rusiya rəhbərliyi, o cümlədən Putin qəbul edib. Tərəflər, xüsusilə, Ukrayna nizamlanması məsələlərini müzakirə ediblər.

Onların avqustun əvvəlində Ankoric görüşünə gətirən danışıqları son günlər dünya və ABŞ mediasında böyük müzakirələrə səbəb olub. Müxtəlib mətbu orqanlarda Vitkoffun ondan əvvəl Putinlə Dövlət Departamentinin yazarı olmadan keçirilən müzakirələrdə Rusiya prezidentinin Ukraynada ərazi mübadiləsinə hazır olduğuna dair verdiyi açıqlamaların yanlış anlaşma nəticəsi olduğuna dair məlumatlar yayılır. Bildirilir ki, görüşdəki açıqlamaların qeydə alınmaması nəticəsində Vitkoff  Trampa Putinin hansısa güzəştlərə hazır olduğuna dair məlumat verməklə onu Alyaska sammitinə həvəsləndirib. Eyni prosesin Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək istədiyinə dair məlumatla bağlı da yarandığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR