İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub.

Trend xəbər verir ki, Şabranın Dəvəçi kəndində yerləşən təkər təmiri sexində faciə baş verib. Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub.

Mərhumun yaxınları bildirib ki, Vətən müharibəsinin iştirakçısı olan Rafael Əzimov təmir sexinin daimi işçisi olmayıb. Orada vaxtaşırı olaraq qardaşına kömək edib.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR