Onlayn ictimai-siyasi qəzet
44 günlük müharibənin səbəblərini araşdıran istintaq komissiyasının hesabatı plenar iclasda deyil, qapalı dinləmələrdə müzakirə ediləcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.
“Qapalı dinləmələr keçiriləcək və sənəd məhz bu formatda təqdim olunacaq. Biz bu məsələni indi Şurada müzakirə etdik və belə qərar qəbul olundu”, – deyə Simonyan vurğulayıb.
Mətbuatda hesabatın ümumiyyətlə açıqlanmayacağı barədə yayılan xəbərlərə toxunan Simonyan isə vurğulayıb ki, söhbət onun dərc olunub-olunmamasından deyil, dərc olunma formasından gedir.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ