İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa edilib - YENİLƏNİB

ATU-nun mətbuat katibi Günel Aslanova Axşam.az-a bildirib ki, aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa olunub və o, hazırda komadadır:

"Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".


18:31

***

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor Azər Baxşəliyev vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

***

16.39

Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.

O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.

***

15.59

Aktyor Azər Baxşəliyev vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

Aktyor bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR