Onlayn ictimai-siyasi qəzet
Avstriya Xalq Partiyası (ANP) sosial demokratlarla hakim koalisiya yaratmaqla bağlı danışıqları dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı “Die Presse” qəzeti yayıb.
Karl Nehammerin (ANP) sözçüsü qəzetə bildirib tərəflər əsas məsələlərdə razılığa gələ bilməyiblər.
Bir gün əvvəl Yeni Avstriya - Liberal Forum (NEOS) partiyası ANP və Avstriya Sosial Demokrat Partiyası (SDPA) ilə hakim koalisiya yaradılması üzrə danışıqlardan çıxdığını elan edib. Ölkə prezidenti Alexander Van der Bellenin Nehammerə hökuməti formalaşdırmaq tapşırığından sonra tərəflər üçlü koalisiyanın yaradılması ehtimalı ilə bağlı danışıqlar aparırdılar.
Qeyd edək ki, 2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri keçirilib. Nəticədə, tarixində ilk dəfə olaraq, Avstriyanın Azadlıq Partiyası (APS) 29,2 faiz səslə rekord nəticə qazanıb. Lakin digər parlament partiyalarının onunla koalisiyaya girmək istəməməsi səbəbindən 26,5 faiz səs toplayan hakim ANP, 21 faiz səs toplayan SDPA və 9 faoz səs toplayan NEOS partiyası arasında yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar aparılır.
Koalisiyanın formalaşdırılması üzrə danışıqlar dayandırıldıqdan sonra Avstriyanın kansleri, Avstriya Xalq Partiyasından (AP) Karl Nehammer X hesabında istefa verəcəyini qeyd edib: "Danışıqlar dayandırıldıqdan sonra mən aşağıdakıları edəcəm: yaxın günlərdə federal kansler və ANP-nin rəhbəri vəzifəsindən istefa verəcəyəm və nizamlı keçidi təmin edəcəyəm".
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ