İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ildə bərpa olunan enerji sahəsinə yarım trilyon dollardan çox pul qoyulub

Arxada qalan 2024-cü il bərpa olunan enerji mənbələri üçün rekord il kimi tarixə düşüb.

Musavat.com Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən il ərzində dünyada bərpa olunan enerji sahəsinə investisiyalar 570 milyard dollar təşkil edib.

Nəticədə qlobal bərpa olunan enerji potensialında 14 faiz artım qeydə alınıb.

İl ərzində bərpa olunan enerji istehsalı layihələrinə 16,2 milyon insan cəlb olunub. Bərpa olunan enerji layihələrinin 81 faizi və ya 382 GVt-ı ənənəvi enerjidən alınan elektrik layihələrindən daha aşağı investisiya hesabına həyata keçirilib.

Agentliyin hesabatına əsasən bütün bunlara rəğmən, indiki sürətlə dünya Paris Sazişindən irəli gələn 2030-cu ilə olan hədəflərə (yəni dünya üzrə yaşıl enerji güclərinin 3 dəfə artırılması) çatmaq mümkün görünmür...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR