İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general 44 günlük müharibəyə görə həbs edildi

Qarabağda cinayətlər törətmiş hərbçilərdən biri, general Tiran Xaçatryan Ermənistanda saxlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan mediaya bildirib.

Baş Qərargah rəisinin keçmiş birinci müavininə qarşı Qarabağda 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittihamlar irəli sürülüb. Həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.

Qeyd edək ki, Tiran Xaçatryan Ermənistanın "Milli Qəhrəmanı"dır. Onun adı dəfələrlə cinayətlərdə hallanıb. 2024-cü ilin yanvarında isə Xaçatryan İrəvanda sərxoş halda restoranda atəş açaraq Qarabağ ermənisini yaraladığına görə saxlanmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR