Onlayn ictimai-siyasi qəzet
Kanada sakinlərinin yalnız 17,4 faizi baş nazir Castin Trüdoya etibar edir.
Musavat.com xəbər verir ki, məlumatı "Nanos Research" tədqiqat şirkətinin rəhbəri Nik Nanos CTV telekanalında açıqlayıb.
Onun sözlərinə görə, əhalinin cəmi 21,3 faizi Trüdonun rəhbərlik etdiyi Kanada Liberal Partiyasına etimad göstərir.
Şirkətin keçirdiyi sorğudan aydın olur ki, Kanada Mühafizəkarlar Partiyasına dəstəyin səviyyəsi demək olar ki, 47 faizdir, bəzi regionlarda isə 50 faizi keçir: “Bu liberallar üzərində nəhəng üstünlükdür".
Nanos əlavə edib ki, Mühafizəkarların lideri Pierre Poilievre seçicilərin 40 faizinin etimadına malikdir.
Dekabrda aparılan sosioloji sorğu seçicilərin 20 faizinin Trüdoya, 34,6 faizinin isə Poilievre-yə etibar etdiyini göstərib.
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ