İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz nəql edə bilər – Bayraktar

Türkiyə TransBalkan qaz kəməri ilə Avropaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu "TRT Haber"ə müsahibəsində Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

O, yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin dayandırılması ilə bağlı məsələni şərh edərkən ölkəsinin Avropanın qaz təminatına dəstək verməyə hazır olduğunu vurğulayıb:

“Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. Əgər Avropa öz öhdəliklərinə siyasi iradə və sadiqlik nümayiş etdirsə və interkonnektorlara sərmayə qoysa, biz TransBalkan Boru Kəməri ilə hər il Mərkəzi və Şərqi Avropaya 10 milyard kubmetrə qədər qaz ixrac edə bilərik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR