İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Bakı və İrəvana mesaj: "Sülhün açarı budur"

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə doğru fəaliyyətlərini davam etdirdikləri üçün bu ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.

“Mən artıq demişəm ki, birbaşa dialoq problemlərin həllinin, sabit və ədalətli sülhə nail olmağın açarıdır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin bu yaxınlarda keçirilən görüşünün müxtəlif platformalarda getməsindən məmnundur”, - ABŞ rəsmisi bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda növbəti görüş iyunun 12-də keçiriləcək./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR