Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub.
Musavat.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə bu vəzifəyə təyin edilib.
Vasif Zahid oğlu Qurbanzadə 1981-ci ildə anadan olub. Bakı şəhər 146 saylı orta məktəbi bitirib. Tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
2005-ci ildə hərbi xidmətini başa vurub və həmin ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən bank sektorunda, 2010-cu ildən isə nəşriyyat-poliqrafiya sahəsində çalışıb. Çoxsaylı mədəniyyət tədbirlərinin, kitaba marağın artırılması istiqamətində müxtəlif təqdimatların təşkilatçısı olub.
2016-cı ildən “Osmanlı divan ədəbiyyatı”, “Sufilik”, “Erməni məsələsi”, “Xudu Məmmədovun həyat və fəaliyyəti”, “Şahmar Əkbərzadənin həyat və fəaliyyəti” mövzularında elmi araşdırmalar aparıb. Ümumilikdə, 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.
Şeirləri əsasında “Üfüq”, ssenarisi əsasında “Yol adam” filmləri lentə alınıb. Qarabağ və qəhrəmanlıq mövzularında çəkilən bir neçə ekran işinin məsləhətçisidir.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ