Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya “Marine One” vertolyotunda jurnalistlərin kamerasına düşən maraqlı görüntülərlə gündəmə gəlib.
Kadrlarda prezidentin barmağını silkələyərək birinci lediyə nəsə izah etdiyi, Melaniyanın isə başını yelləyərək onunla razılaşmadığı görünür.
Hadisə Tramp cütlüyünün BMT Baş Assambleyasından Nyu-Yorka qayıdarkən baş verib. Uzun müddət nə barədə mübahisə getdiyi məlum olmasa da, hadisənin görüntüləri ABŞ mediasında geniş müzakirələrə səbəb olub.
Sonradan vəziyyətə aydınlıq gətirən dodaq hərəkətlərinin oxunması üzrə mütəxəssis Ceremi Frimen bildirib ki, Tramp əsəblərini həyat yoldaşına yox, BMT-dəki “eskalator qalmaqalına” yönəldib.
Ekspertin sözlərinə görə, prezident Melaniya ilə söhbətində BMT Baş Assambleyasında baş verən bir hadisədən qəzəblənib və “belə bir şeyi necə edə bilərlər?” deyə narazılığını bildirib.
Frimen qeyd edib ki, söhbət zamanı Tramp hadisəyə kəskin reaksiya verib və bu da onun qəzəbli jestlərinə səbəb olub.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ