İnsanlara hürriyət, millətlərə istiqlal!

"Prezidentin aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşü..." - Professordan mühüm açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. O çıxışı zamanı bir sıra mühüm məsələlərə münasibət bildirib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub:"Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır".

Dövlət başçısının bu çıxışı həm Azərbaycanın iqtisadi inkişaf modelinin uğurlu nümunə kimi təqdim olunması, həm də beynəlxalq aləmdə ölkəmizin etibarlı tərəfdaş imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a mövzunu şərh edərkən bildirib ki, Azərbaycan Prezidenti ilk dəfə olaraq BMT-nin tribunasından qalib ölkənin rəhbəri kimi çıxış etdi və bu çıxışla Qarabağ torpaqlarımızda on illər uzunu dərin kök salmış separatizmin kökünün Azərbaycan Ordusu tərəfindən 44+1 gündə necə kəsildiyini yaddaşı zəif olan siyasilərin yadına saldı:

Attachment

"Öz çıxışında İlham Əliyev eyni zamnda BMT yetkililərinə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə torpaqlarımızdan erməni hərbi birləşmələrinin geri çəkilməsini tələb edən 4 Qətnaməsinin 30 ildən sonra Azərbaycan Ordusi tərəfindən icra edildiyini xatırlatdı.

Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan hökuməti bu gün dövlətimizin iqtisadi və maliyyə qüdrətinin artırılmasının yeni yollarının axtarışındadır. Bu yolda əsas məsələlərdən biri, ölkəmizin iqtisadiyyatına və ilk növbədə onun real sektoruna xarici investisiya axınının təmin edilməsidir. Bunu hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyev demək olar ki, hər xarici səfərlərində fürsətdən istifadə edib, dünyanın nüfuzlu maliyyə mərkəzləri, böyük investorlar və aparıcı Kompaniyaların rəhbərləri ilə görüşlər keçirir və onları Azərbaycana dəvət edir. Bu sırada Azərbaycan Prezidentinin son səfərləri xüsusi diqqət çəkir. Prezidentin bu il Çinə səfəri, indi isə ABŞ-a, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri xüsusi qeyd olunmalıdır".

Professora görə, Azərbaycan bu gün öz inkişafının elə bir mərhəlləsinə yüksəlib ki, dünyanın aparıcı maliyyə mərkəzləri və nəhəng investorlar ölkəmizlə əməkdaşlığa can atırlar:

"Nyu-Yorkda tanınmış maliyyə nəhənglərinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşünün təşkil edilməsi də bu dediyimiz gerçəklərin sübutudur".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR