İnsanlara hürriyət, millətlərə istiqlal!

Neil Vatson: “Azərbaycanın zəfər yolu ədalət və müstəqillik üzərindədir”

"27 sentyabr Anım Günü Azərbaycanın tarixində ən kədərli, eyni zamanda ən şanlı gündür. Azərbaycanın təxminən 3 min igid hərbi qulluqçusunun göstərdiyi qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmamalıdır.

Onların ruhu bütün azərbaycanlıların və beynəlxalq hüquq və ərazi bütövlüyünə inananların əbədi yaddaşında yaşayacaq".

Bu sözləri Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

Politoloq qeyd edir ki, 2020-ci ilin 27 sebtyabr tarixi eyni zamanda Azərbaycanın dönüş nöqtəsi oldu:

"Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın qanunsuz təcavüzünü və işğalını dayandırmaq üçün vaxtın yetişdiyini qərara aldı və ölkəsini sürətli və səmərəli şəkildə Zəfərə apardı. Bu Zəfərin təmin olunmasında müasir silahlar, eləcə də Türkiyə və İsrailin strateji dəstəyi mühüm rol oynadı.

İndi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanları reallaşma mərhələsindədir. Bu müqavilə ilə Cənubi Qafqazda vahid və inteqrasiya olunmuş bir regionun formalaşması perspektivi yaranır, burada Rusiya təsiri isə əhəmiyyətli dərəcədə azalır. Beləliklə, bölgədə balanslı, sabit və müstəqil inkişaf şəraiti formalaşır".

Neil Vatson vurğulayıb ki, gələcək Azərbaycan üçün heç vaxt olmadığı qədər ümidverici görünür:

"Tam müstəqil Cənubi Qafqaz ölkələri üçün də yeni imkanlar açılır - həm iqtisadi tərəqqi, həm strateji əməkdaşlıq, həm də regional təhlükəsizliyin təmin olunması baxımından.

Anım Günü eyni zamanda, Azərbaycan igidlərinin xatirəsinə verilən dəyərin, dövlətin gücünün və xalqının birliyinin təntənəsidir. Azərbaycanın zəfər yolu bundan sonra da ədalət, sabitlik və müstəqillik prinsipləri əsasında davam edəcək".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR