Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova gərgin bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Ukraynanın Rumıniya və Polşada saxta bayraq altında əməliyyat keçirməsi barədə məlumat təsdiqlənəcəyi halda, bu, Rusiya ilə NATO arasında silahlı münaqişəyə və nəticədə Üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
Zaxarova bildirib: “Əlimizdə olan məlumata əsasən, plan belədir: vurulmuş bir neçə Rusiya PUA-sını bərpa edib onları guya “rus dronları” kimi Polşa və Rumıniyadakı NATO logistika mərkəzlərinə göndərmək, Avropada dezinformasiya kampaniyası aparmaq, bütün günahı Moskvaya yükləmək və bununla da Rusiya ilə NATO arasında silahlı münaqişə qızışdırmaq.”
Onun açıqlamaları beynəlxalq mediada ciddi rezonans doğurub. Analitiklərin fikrincə, bu bəyanat Qərb və Rusiya arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirir.
Musavat.com
27 Sentyabr 2025
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ