Onlayn ictimai-siyasi qəzet
İran son aylarda ölkənin mərkəzində, İsfahan vilayətində yerləşən Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, “məqsədi məlum olmayan” obyektin inşası ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi zərbələrdən sonra daha da sürətlənib.
Məlumata görə, həmin obyektlərdən biri Natanzda, Kolanq dağının yaxınlığında yerləşir.
“The Washington Post” qeyd edir ki, burada tikinti işləri 2020-ci ildən davam edir.
Qəzetin məlumatına əsasən, İran rəsmiləri əvvəllər bu obyektin uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalında istifadə oluna biləcəyini açıqlamışdılar. Lakin ekspertlər hesab edirlər ki, həmin qurğu birbaşa uranın zənginləşdirilməsi və ya saxlanması məqsədilə də istifadə oluna bilər.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ